Bakıda 3 evdən oğurluq edənlər ələ keçdi

Bakıda 3 evdən oğurluq edənlər ələ keçdi
  17 İyun 2020    Oxunub:2315
Xətai rayonu ərazisindəki evlərdən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən iki şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Xətai Rayon Polis İdarısinin 34-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 3 mənzildən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri C.Həsənov və əvvəllər məhkum olunan P.Mustafayev saxlanılıblar.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti