Döyülərək qarət edilən Ağdam sakinini maşın vurub öldürdü
Mərhumun qardaşı A.Kərimov ərizə ilə müraciət edərək hadisə baş verən gün, saat 1 radələrində, avtomobillə vurulmamışdan öncə mərhumun Muğan kəndi ərazisində naməlum şəxslər tərəfindən döyülərək üzərində olan 10 min ABŞ dollarının götürülməsi barədə məlumat verib.
Məlumatla əlaqədar Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini E.Yusibov müəyyən edilərək saxlanılıb.
E.Yusibov A.Kərimovla Bakıdan Gəncəyə taksi ilə birlikdə getdiklərini, həmin zaman Adilin üzərində 10.000 ABŞ dollar olduğunu bildiyindən Muğan kəndi ərazisindəki yolüstü dayanacaqların birində quldurluq yolu ilə həmin pulu ələ keçirdiyini etiraf edib. Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.
Azvision.az
Teqlər: DİN