Kürdə batan 2 nəfərin meyiti tapıldı

   Kürdə batan 2 nəfərin meyiti tapıldı
  17 İyun 2020    Oxunub:2484
Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1974-cü il təvəllüdlü Həsənov Namiq Əli oğlunun və 1986-cı il təvəllüdlü İsmayılov Abbas Hüseyn oğlunun axtarışları başa çatıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hər iki şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.​

Azvision.az



Teqlər: Tovuz   Kür   FHN  





Xəbər lenti