Su anbarında batan gəncin meyiti tapılıb

Su anbarında batan gəncin meyiti tapılıb
  17 İyun 2020    Oxunub:2722
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Samux rayonu ərazisində, Yenikənd su anbarında 1998-ci il təvəllüdlü Əhmədov Elman Mehman oğlunun batması barədə məlumat daxil olub.
Azvision.az xəbər verir ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aparılan axtarışlar nəticəsində E.Əhmədovun meyiti tapılaraq su anbarından çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti