Bakıda sərnişin avtobusu qəzaya düşdü

 Bakıda sərnişin avtobusu qəzaya düşdü
  18 İyun 2020    Oxunub:3134
Bu gün saat 18:30 radələrində Hövsan yolunda qəza baş verib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Azvision.az -a verilən məlumata görə, 175 nömrəli müntəzəm marşrut xətti üzrə 99-JH-114 dövlət qeydiyyat nişanlı avtobus minik avtomobilinə çırğılıb.

İlkin məlumata görə, avtobus hərəkətdə olan zaman minik avtomobili anidən onun qarşısına çıxıb.

Hazırda qəza ilə bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: BNA   Qəza  





Xəbər lenti