Bakıda ağır yol qəzası - Ölən var

Bakıda ağır yol qəzası -    Ölən var
  18 İyun 2020    Oxunub:3043
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda “Tofaş” markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1988-ci il təvəllüdlü Kazımov Natiq Səfər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti