Bakıdakı qəza ölümlə nəticələndi

Bakıdakı qəza ölümlə nəticələndi
  18 İyun 2020    Oxunub:2784
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda “İran Khodro ” markalı minik avtomobilinin aşması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1969-cu il təvəllüdlü İmanov Qəhraman Əlövsət oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Xilasetmə  





Xəbər lenti