Liftdə köməksiz qalan 8 nəfər xilas edilib

Liftdə köməksiz qalan 8 nəfər xilas edilib
  18 İyun 2020    Oxunub:1776
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Xətai rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 4 müraciət daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3-ü azyaşlı olmaqla 8 nəfərin liftdən çıxarılması təmin edilib.

Azvision.az


Teqlər: FHN   Xilasetmə   Lift  





Xəbər lenti