Prokurorluq Tovuz sakininin ölümü ilə bağlı məlumat yayıb

Prokurorluq Tovuz sakininin ölümü ilə bağlı məlumat yayıb
  18 İyun 2020    Oxunub:3451
İyunun 17-də Tovuz rayonunda 1993-cü il təvəllüdlü Tacəddin Həsənovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Tovuz rayon prokurorluğundan Azvision.az -a bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla T.Həsənovun Tovuz şəhəri, M.Ə.Sabir küçəsində yerləşən, rayon sakini Rafiq Əliyevə məxsus fərdi yaşayış evində suvaq işləri aparan zaman ehtiyyatsızlıqdan elektrik naqillərinin üzərinə su atması nəticəsində elektrik cərəyanı vurmasına məruz qalaraq ölməsi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: Tovuz   Prokurorluq  





Xəbər lenti