Polisdən əməliyyat: 10 kq-dan artıq narkotik ələ keçirildi

   Polisdən əməliyyat:    10 kq-dan artıq narkotik ələ keçirildi
  18 İyun 2020    Oxunub:1968
Bakı sakinlərindən külli miqdarda narkotik vasitə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sabunçu rayonu ərazisində Bakı şəhər sakinləri - M.Xalıqovdan 1 kq 25 qram heroin, 500,171 qram metamfetamin və E.Nəbiyevdən 50,375 qram heroin, Maştağa qəsəbəsindəki yaşadığı evə baxış zamanı isə 3 kq 75 qram heroin, 5 kiloqram 10 qram marixuana və 1 kq 80 qram metamfetamin aşkar edilib götürülüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti