Məktəb və mağazadan oğurluq edənlər tutuldu

Məktəb və mağazadan oğurluq edənlər tutuldu
  18 İyun 2020    Oxunub:2667
Bakıda mağazadan oğurlub edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 29-da rayon ərazisindəki mağazaların birindən 1 200 manat pul oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini R.Dadaşzadə saxlanılıb.

Bundan başqa, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 16-da şəhər ərazisində yerləşən tam orta məktəblərin birindən televizor, noutbuk, 2 ədəd proyektor, mobil telefon, 2 ədəd modem, televizor altlığı, müşahidə kamerasının yaddaş kartı, 3 ədəd mikrofon və mühafizə xidmətinin çağırış siqnal aparatını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş K.Səfərəliyev saxlanılıb.

Azvision.az




Teqlər: DİN  





Xəbər lenti