Taxıl sahələrinin 31 faizində biçin yekunlaşıb

Taxıl sahələrinin 31 faizində biçin yekunlaşıb
  18 İyun 2020    Oxunub:2517
Azərbaycanda taxıl biçini davam edir. İyunun 18-nə olan operativ məlumata görə, ölkə üzrə taxıl sahələrinin 31 faizində biçin başa çatıb. Biçilmiş 314259,9 hektar sahədən 966466,1 ton taxıl yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 30,8 sent/ha, o cümlədən arpa üzrə orta məhsuldarlıq 30,2 sent/ha, buğda üzrə orta məhsuldarlıq 32,9 sent/ha təşkil edir.
Kənd Təsərrüfatı Nazirliyindən Azvision.az -a verilən məlumata görə, ölkə üzrə 369903,7 hektar arpa sahəsinin 241721,4 hektarında biçin başa çatıb. Sahələrdən bugünədək 730793,8 ton arpa yığılıb. Ağdam (36,4 sent/ha), Beyləqan (30,5 sent/ha), Bərdə (39,8 sent/ha), Biləsuvar (32,3 sent/ha), Füzuli (31,3 sent/ha), İmişli (38,4 sent/ha), Neftçala (27,8 sent/ha), Saatlı (36,4 sent/ha), Sabirabad (37,9 sent/ha), Yevlax (28,6 sent/ha) rayonlarında arpa biçini tam başa çatıb.

Operativ məlumata görə, bu gün biçin prosesində 1585 kombayn iştirak edir. Bunlardan 561-i "Aqrolizinq"in biçin gedən rayonlarda aqriservislərin balansında olan kombaynlarıdır. "Aqrolizinq" tərəfindən digər rayonlardan biçin prosesinə əlavə 176 kombayn dislokasiya edilib. Biçinə həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 848 kombayn cəlb olunub.

Qeyd edək ki, bu il Azərbaycanda 1010218 hektar sahədə payızlıq taxıl əkilib. Biçin davam edir.

Azvision.az



Teqlər: KTN   Taxıl  





Xəbər lenti