Qanunsuz qum daşıyanlar cərimələndi

Qanunsuz qum daşıyanlar cərimələndi
  19 İyun 2020    Oxunub:1949
Goradil qəsəbəsinin Xəzər sahili ərazisində qum daşınması ilə bağlı ETSN-yə daxil olan şikayət yerində araşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, araşdırma zamanı Goradil bağlar massivinin Xəzər dənizi sahilində gecə saatlarında KAMAZ markalı 01-CC-277 dövlət nömrə nişanlı yük maşınına qum yükləndiyi aşkar edilib.

Faktla bağlı qanun pozucuları Abşeron rayon sakinləri Səbuhi Qocayev və Əhməd Məmmədov barəsində protokol tərtib edilib və onlar 3764 manat məbləğində cərimə olunub.

Ərazinin nəzarətdə saxlanılması və qanunsuz qum daşınması hallarına yol verilməməsi üçün Binəqədi Rayon İcra Hakimiyyətinə və Polis İdarəsinə məktub göndərilib.

Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti