İmişlidə yanğın olub, xəsarət alanlar var

İmişlidə yanğın olub, xəsarət alanlar var
  19 İyun 2020    Oxunub:2272
İmişli rayonunun Qızılkənd kəndində yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 30 m² olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yanğın zamanı 2 nəfər xəsarət alıb.

Tikilinin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti