Gömrükdən qanunsuz dərman və telefon keçirmək istədi

Gömrükdən qanunsuz dərman və telefon keçirmək istədi
  19 İyun 2020    Oxunub:1817
Dövlət Gömrük komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "DAF" markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.
DGK-dan Azvision.az -a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında olan oturacağın və yataq yerinin altında gömrük nəzarətinə bəyan olunmayan 7 ədəd "iPhone 11 64 GB" markalı mobil telefon, kabinənin ön panelinin alt hissəsindəki boşluqda isə gömrük nəzarətindən gizlədilən 2 500 kapsul dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK  





Xəbər lenti