Füzulidə ağır qəza: Ölən və yaralılar var

Füzulidə ağır qəza:   Ölən və yaralılar var
  19 İyun 2020    Oxunub:3558
İyunun 18-də saat 5 radələrində Füzuli rayonunun 1-ci Qayıdış qəsəbəsi ərazisində rayon sakinləri R.Ağayevin idarə etdiyi “VAZ-21011” və T.Hacıyevin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə R.Ağayevin sərnişini Rüstəm Ağayev xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər 2 sərnişini, habelə T.Hacıyev və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Füzuli RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti