Bakı sakinini qəbirstanlıqda döyüb pulunu aldılar

Bakı sakinini qəbirstanlıqda döyüb pulunu aldılar
  19 İyun 2020    Oxunub:2769
Abşeron RPİ-yə müraciət edən Bakı şəhər sakini X.Muradov iyunun 17-də saat 1 radələrində Mehdiabad qəsəbə qəbristanlığının ərazisində 3 nəfərin onu döyərək 500 manat pulunu və şəxsiyyət vəsiqəsini aldığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Mehdiabad qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş E.Məmmədov, N.Cəfərov və F.Nəzərov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti