Sarayda oğurlanan maşın Şəmkirdə tapıldı

Sarayda oğurlanan maşın Şəmkirdə tapıldı
  19 İyun 2020    Oxunub:2608
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, iyunun 16-da Abşeron RPİ-yə müraciət edən Bakı şəhər sakini M.Axundov iyunun 10-da Saray qəsəbəsi ərazisindəki bağ evinin həyətindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Füzuli Cəfərov Şəmkir rayonu ərazisində avtomobili idarə edərkən BDYPİ YPXA-nın əməkdaşları tərəfindən saxlanılıb və aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti