Paytaxtda quldurluq edən dəstə tutuldu

Paytaxtda quldurluq edən dəstə tutuldu
  19 İyun 2020    Oxunub:2733
Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini C.Təhməzov iyunun 5-də Naximov küçəsində 3 nəfərin onun baş nahiyəsinə yumruqla vuraraq içərisində 640 manat pul, 380 manat dəyərində qulaqcıq, adaptor və geyim əşyaları olan çantasını aldığını bildirib.
Azvision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər - paytaxt sakinləri V.Xəlilov, O.İsmayılov və Ə.Abdullayev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti