Sumqayıtda narkotacirlər ələ keçdi

Sumqayıtda narkotacirlər ələ keçdi
  19 İyun 2020    Oxunub:2574
Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunan R.Zalov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 470 qram marixuana aşkar edilərək götürülüb.

Bundan başqa, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Atakişiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 470 qram marixuana aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti