Yevlaxda evdə partlayış olub - Xəsarət alan var

Yevlaxda evdə partlayış olub -   Xəsarət alan var
  20 İyun 2020    Oxunub:2697
Yevlax rayonunun Aşağı Bucaq kəndində ümumi sahəsi 126 m2 olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yanğın nəticəsində evin lambirindən ibarət tavanı 15 m sahədə yanıb. Partlayış dalğasının təsirindən evin giriş qapısı yerindən çıxıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti