Paytaxtda “Mercedes” ağaca çırpılıb

Paytaxtda “Mercedes” ağaca çırpılıb
  20 İyun 2020    Oxunub:2540
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda “Mercedes” markalı minik avtomobili ağaca çırpılıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: Qəza   FHN   Xilasetmə  





Xəbər lenti