Əsrlərə şahidlik edən Ulu körpü - FOTOREPORTAJ

Əsrlərə şahidlik edən Ulu körpü -  FOTOREPORTAJ
  20 İyun 2020    Oxunub:6087
Qax rayonu ərazisində orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidələrindən biri də Ulu körpüdür. Bu körpü İlisu kəndinə gedən yolda, Kürmük çayının üzərində salınıb.
Əsrlərə şahidlik edən Ulu körpü çay yatağının daraldığı yerdə, sal qayalar üzərində çay daşı, əhəng məhlulu və bişmiş kərpicdən inşa edilib.

Bəzi məlumatlara əsasən, körpü XVII əsrin sonu, XVIII əsrin əvvəllərində tikilib. Kənd ağsaqqalları hesab edir ki, körpünü el sənətkarı usta Ömər inşa edib.

Ulu körpünün tikintisində inşaat materialı kimi yumurta sarısından da istifadə olunduğu deyilir.

Azvision.az-ın Ulu Körpüdən hazırladığı fotoreportajı təqdim edirik:





















Foto: Əhməd Xəlilov
Azvision.az


Teqlər: Qax   Ulu-Körpü  





Xəbər lenti