Bakıda 28 yaşlı oğlan qətlə yetirildi
Aparılmış ilkin araşdırmalarla meyiti tapılan şəxsin 1992-ci il təvəllüdlü Məmmədov Boran Səbuhi oğlu olduğu müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.
İlkin istintaqla hadisənin qeyd olunan ünvanda kirayədə yaşayan 1984-cü il təvəllüdlü Kənan Abdurahmanov tərəfindən aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Kənan Abdurahmanov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azvision.az
Teqlər: Prokurorluq