Polis 52 sərnişini cərimələdi

Polis 52 sərnişini cərimələdi
  20 İyun 2020    Oxunub:3622
İyunun 18-i saat 08-dən 19-u saat 08-dək olan müddətdə Bakı-Qazax yolunun 65-ci kilometrliyində, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində COVID-19 xüsusi karantin rejimi ilə əlaqədar qurulan postda polis əməkdaşlarının “saxla” tələbinə tabe olmayıb hərəkətini davam etdirən 4 sərnişin avtobusları saxlanılaraq müvəqqəti duracağa yerləşdirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumta görə, sürücülər və 52 sərnişin barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib.

Sürücülər polis əməkdaşlarına tabesizlik göstərdiyinə görə Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə təhvil verilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti