Şəmkirdəki bıçaqlanma ilə bağlı rəsmi məlumat

Şəmkirdəki bıçaqlanma ilə bağlı rəsmi məlumat
  21 İyun 2020    Oxunub:2835
Bəzi kütləvi informasiya vasitələrində Şəmkir rayonunda 15-16 yaşlarında şəxsin bıçalanaraq ağır vəziyyətdə xəstəxanaya çatdırılması barədə məlumatlar yayılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Azvision.az-a bildirilib ki, iyunun 20-də saat 02 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbə sakini 1992-ci il təvəllüdlü Səddam Həsənovun bıçaqlanması və “daxilə keçən kəsilmiş-deşilmiş yara” diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilİB və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla cinayətin Şəmkir rayonu Düyərli kənd sakini 1996-cı il təvəllüdlü Elsevər Pirverdiyev tərəfindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Azvision.az


Teqlər: Şəmkir   Prokurorluq   Bıçaqlanma  





Xəbər lenti