Binəqədidə yanğın söndürüldü - Yenilənib

Binəqədidə yanğın söndürüldü -  Yenilənib
  21 İyun 2020    Oxunub:4306
Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində taxta məmulatlarının emalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən saat 16:32-də söndürülüb.
Bu barəəd Azvision.az -a FHN-dən bildirilib.

Əlavə məlumat veriləcək.

***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində taxta məmulatlarının emalı sexində yanğın olması barədə məlumat daxil olub.

Azvision.az xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti