Tərtərdə 1 tondan artıq narkotik məhv edilib

Tərtərdə 1 tondan artıq narkotik məhv edilib
  22 İyun 2020    Oxunub:3308
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaş-Xaş-2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Xoruzlu kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, tədbir zamanı 3504 ədəd, çəkisi isə 1 tondan artıq çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Azvision.az


Teqlər: Narkotik  





Xəbər lenti