Bakıda avtomobil qaçıran şəxs tutulub

Bakıda avtomobil qaçıran şəxs tutulub
  22 İyun 2020    Oxunub:2610
İyunun 21-i saat 1 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindən qəsəbə sakini A.Hüseynovun “Renault” markalı avtomobilinin qaçırılması barədə 10-cu Polis Bölməsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a bildirilib ki, dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ucar rayon sakini V.Hacıəliyev avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti