Yolu keçən piyadanı maşın vurub öldürdü

Yolu keçən piyadanı maşın vurub öldürdü
  22 İyun 2020    Oxunub:2606
Qazax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, hadisə Hüseynbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Kosalar kənd sakini C.Əhmədov idarə etdiyi “VAZ-21013” markalı avtomobillə yolu keçən kənd sakini Vüqar Qəhrəmanovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Piyada  





Xəbər lenti