Baş redaktor və ailəsi koronavirusa yoluxdu

 Baş redaktor və ailəsi koronavirusa yoluxdu
  22 İyun 2020    Oxunub:3297
Tanınmış jurnalist, "Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev və ailəsi koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə jurnalist özü məlumat yayıb.

"Koronavirus infeksiyası ilə mübarizə aparan xəstələrin sırasına mən və ailə üzvlərim də qoşuldu. Kompüter tomoqrafiyası ilə aparılan müayinələr ağciyərlərimin hər iki payında buzlu şüşə aşkarladı. Müalicə "Neftçilər" xəstəxanasında davam etdirilir. Çətinliklərə və ağrılara baxmayaraq, nikbinik. Tezliklə virusla mübarizəni qazanıb, normal həyata qayıdacağımıza inanırıq. Özünüzü qoruyun”.

Azvision.az


Teqlər: Jurnalist   Baş-redaktor   İlham-Quliyev  





Xəbər lenti