Bakıda vəzifəli şəxsi maşın vurub öldürdü
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
İstintaqla hadisənin “Mercedes” markalı 99-VJ-026 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, paytaxt sakini 1986-cı il təvəllüdlü Seymur Abbasov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Azvision.az
Teqlər: Prokurorluq qəza Nərimanov