Motosikletçini maşın vurub öldürdü

Motosikletçini maşın vurub öldürdü
  23 İyun 2020    Oxunub:2526
Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, iyunun 22-də saat 16 radələrində Biləsuvar rayonunun Nərimankənd kəndi ərazisində Səmədabad kənd sakini V.Həmzəlinin idarə etdiyi “Toyota” markalı avtomobillə kənd sakini Ramin Nəzərovun idarə etdiyi “İJ” markalı motosikleti vurub. R.Nəzərov hadisə yerində ölüb.

Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti