Naxçıvanda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO
Bildirilib ki, dezinfeksiya tədbirləri Naxçıvan şəhərinin Azərbaycan məhəlləsi, Həzi Aslanov, Əliqulu Qəmküsar, Zərifə Əliyeva küçələri və ona bitişik döngələri, Babək şəhərinin Şıxmahmud kəndində ictimai iaşə obyektləri, inzibati ərazi dairəliyi üzrə nümayəndəliyi, tibb məntəqəsi, rabitə evi, məscid və mərasim evi dezinfeksiya edilib.
Həmçinin Şərur rayonunun Dəmirçi kəndinin əsas yolları, Kəngərli rayonunun Yurdçu və Xok kəndlərinin kənd mərkəzləri və əsas yolları dezinfeksiya edilib.
Qeyd edək ki, dezinfeksiya işlərinə Nazirliyin 3 ədəd yanğınsöndürmə avtomobili, 12 nəfər şəxsi heyəti, həmçinin 2 ədəd dezinfeksiya avtomobili cəlb edilib.
Azvision.az