“Mercedes”lə vurulan piyada öldü

“Mercedes”lə vurulan piyada öldü
  23 İyun 2020    Oxunub:3424
Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, iyunun 23-də saat 01 radələrində Nərimanov rayonu ərazisində yolu keçən paytaxt sakini Əlqamət Zeynalovu Bakı şəhər sakini S.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə vurub.

Piyada xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti