Bakıda yaşayış binasında yanğın oldu

Bakıda yaşayış binasında yanğın oldu
  23 İyun 2020    Oxunub:2822
Bakı şəhərinin Xəzər rayonunda yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 70 m2 olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m2 sahədə, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 50 m2 olan mənzilin eyvanının plastikdən ibarət pəncərəsi yanıb.

Hər iki mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti