Tovuzda ikimərtəbəli ev yandı

Tovuzda ikimərtəbəli ev yandı
  24 İyun 2020    Oxunub:2642
Tovuz rayonunun Hacıalılı kəndində yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 320 m2 olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 160 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti