Masallıda taxıl anbarı yanıb

Masallıda taxıl anbarı yanıb
  25 İyun 2020    Oxunub:2904
Masallı rayonunun Ərkivan qəsəbəsində ümumi sahəsi 750 m² olan taxıl anbarının dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə yanıb.
Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Anbarın qalan hissəsi və içərisində olan 20 ton taxıl yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti