Tovzuda külli miqdarda narkotik tərkibli bitki məhv edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən Tovuz rayonunun Dönük Qırıqlı kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 5 ton 714 kiloqram olan 3257 ədəd çətənə kolu aşkar edilib məhv edilib.