Maşın velosipedçini vurub öldürdü

Maşın velosipedçini vurub öldürdü
  25 İyun 2020    Oxunub:2758
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, iyunun 24-də saat 19 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Əkbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə velosipedlə yolu keçən Azad Zeynalovu vurub. A.Zeynalov hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti