Naxçıvanda torpaq sahələrinin plana alınması başa çatıb
Qeyd olunub ki, bununla da muxtar respublikanın bütün yaşayış məntəqələri üzrə torpaq sahələrinin konturlarının çöl geodeziya-ölçmə işləri aparılmaqla dəqiqləşdirilməsi başa çatdırılıb.
Muxtar respublika üzrə plana alınmış bütün daşınmaz əmlak obyektlərinin elektron kadastr məlumatları Xidmətin informasiya bazasına daxil edilib, topoqrafik elementlərin, mühəndis-kommunikasiya xətləri və qurğularının, xüsusi qorunan ərazilərin, hidroqrafiya elementlərinin sərhədləri müəyyənləşdirilib. Yaşayış məntəqələrinin yeni elektron yerquruluşu xəritələri hazırlanıb.
Dəqiqləşdirilmiş məlumatlar əsasında torpaqların uçotunun müasir tələblərə uyğun aparılması, bu sahədə işlərin texnoloji cəhətdən modernləşdirilməsi təmin ediləcək, avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemi formalaşdırılacaq.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2 aprel 2016-cı il tarixli Fərmanı əsasında muxtar respublikada torpaqların elektron kadastr uçotunun aparılmasına başlanılmışdı.
Azvision.az