Bakıda biri qadın olmaqla üç narkotacir saxlanıldı

 Bakıda biri qadın olmaqla üç narkotacir saxlanıldı
  26 İyun 2020    Oxunub:3464
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.İsayev Binəqədi rayonu ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a bildirilib ki, əməliyyatı Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları həyata keçiib. Əməliyyat tədbiri nəticəsində ondan çəkisi 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının digər əməliyyatı ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini M.Ələkbərova Sabunçu rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Chevrolet” markalı avtomobilə baxış zamanı əlavə 605 qram heroin, 40 qram metamfetamin və elektron tərəzi aşkar edilib götürülüb.

Binəqədi RPİ 43-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əsədzadə saxlanılıb. Şəxsi axtarış zamanı ondan 274 qram heroin və elektron tərəzi aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti