Keçmiş məhkumdan narkotik və silah-sursat götürüldü - FOTOLAR
Onun Abşeron rayonu Saray qəsəbəsində yerləşən evinə baxış zamanı 500 qrama yaxın qurudulmuş marixuana, 15 qramdan artıq tiryək, elektron tərəzi və çətənə toxumları aşkar olunaraq götürülüb.
Həyətyanı sahəyə baxış zamanı Eldar Dövlətovun orada əkdiyi əlavə 4 ədəd çətənə butkisi də aşkar olunub. İstintaq tədbirlərinin davamı olaraq müəyən edilib ki, saxlanılan şəxs yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat da gizlədib.
Polislər tərəfindən mənzilə baxış zamanı Eldar Dövlətova məxsus 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd “F-1” əl qumbarası alışqanı ilə birlikdə, 49 ədəd parton, 3 ədəd patron darağı və 1 ədəd pnevmatik tapança da aşkar olunaraq götürülüb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Eldar Dövlətov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təddbiri seçilib. Onun ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Azvision.az
Teqlər: DİN