Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
  27 İyun 2020    Oxunub:4123
Bakı şəhərinin Nəsimi rayonunda yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 35 m² olan 2 otaqlı mənzildə ev əşyaları 5 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti