5 nəfəri şantaj edən şəxs ələ keçdi

5 nəfəri şantaj edən şəxs ələ keçdi
  27 İyun 2020    Oxunub:3922
2019-cu və 2020-ci illər ərzində Şirvan şəhərinin ərazisində şəhər sakini E.Əmənov barəsində rüsvayedici məlumatları yayacağı adı ilə hədələyib, Şirvan şəhər sakinləri F.H-dan 680 manat, A.Ş-dan 650 manat, V.Ə-dən 200 manat, A.A-dan 390 manat və Bakı şəhər sakini E.Ə-dən 200 manat pul alıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Əmənov tutulub. Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə )maddəsi ilə cinayət işi açılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti