Sürücü törətdiyi qəzada öldü

Sürücü törətdiyi qəzada öldü
  27 İyun 2020    Oxunub:3194
Ağcabədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, iyunun 26-sı saat 20 radələrində Ağcabədi rayonunun Hüsülü kəndi ərazisində kənd sakini Nurlan Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili ağaca vurub. Sürücü hadisə yerində ölüb.

Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti