Keçmiş məhkumdan narkotik və silah götürüldü

Keçmiş məhkumdan narkotik və silah götürüldü
  27 İyun 2020    Oxunub:3467
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qanunsuz saxlanılan silah-sursata qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş P.Məmmədəliyevin Sabunçu rayonundakı yaşadığı evə baxış zamanı 754,718 qram həşiş qətranı, 241,85 qram heroin, 58,465 qram metamfetamin, 31 metadon həbi, 2 ədəd elektron tərəzi, “Sieger P84-M 1” markalı qaz tapançası, patron darağı və 4 patron aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti