Novxanı sakini 1200 nəfəri qazsız qoydu
"Bu barədə məlumat daxil olan kimi Sumqayıt Qaz İstismarı Sahəsinin əməkdaşları dərhal hadisə yerinə gedib və baş verənlər barədə polis orqanları məlumatlandırılıb. Qanunsuz müdaxilə edilən qaz xətti əvvəlki formasına qaytarılıb.
Qeyd edək ki, vətəndaş mövcud qaz xəttində hər hansı dəyişiklik etmək istəyərsə, ərizə ilə müraciət edərək müvafiq prosedurları yerinə yetirməlidir", - deyə məlumatda bildirilib.
Azvision.az