Bakıda oğurluq edən qardaşlar tutuldu

Bakıda oğurluq edən qardaşlar tutuldu
  29 İyun 2020    Oxunub:1848
Bakının Xətai rayonu, Babək prospektində yerləşən avtoservisdən 5 min manatlıq ehtiyat hissələri oğurlanıb.
Azvision.az -ın məlumatına görə, Nizami Rayon Polis İdarəsindən 23-cü Polis Bölməsinin əməkdaşların keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər, Bərdə rayon sakinləri, əvvəllər məhkum olunmuşlar 1963-cü il təvəllüdlü Telman Rəhimov və onun qardaşı 1982-ci il təvəllüdlü Sənan Rəhimov tutulub.

Faktla bağlı araşdırma aparılır.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti