2150 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi

 2150 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi
  29 İyun 2020    Oxunub:2454
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi ötən gün xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayını və görülən tədbirləri açıqlayıb.
İdarədən Azvision.az -a bildirilib ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 28.06.2020-ci il saat 00:00-dan 29.06.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 940 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 205 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 5 nəfər olmaqla ümumilikdə 2 150 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Azvision.az


Teqlər: DYP  





Xəbər lenti